ABŞ Londonun Rusiya diplomatlarını ölkədən çıxarmaq barədə qərarını dəstəkləyib


Dünya 15 Mar 2018 03:30:50 345 0

ABŞ Londonun Rusiya diplomatlarını ölkədən çıxarmaq barədə qərarını dəstəkləyib

Vaşinqton Skripalın zəhərlənməsində Rusiyanın məsuliyyət daşıması ilə bağlı qiymətləndirmə ilə razıdır

Amerika hökuməti rusiyalı diplomatların Londondan çıxarılması məsələsində Britaniya ilə həmrəydir və hesab edir ki, Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsinə görə Rusiya məsuliyyət daşıyır.

“Report” xəbər verir ki, bunu çərşənbə günü Ağ evin mətbuat katibi Sara Sanders deyib.

"Birləşmiş Ştatlar yaxın müttəfiqi olan Böyük Britaniya ilə həmrəydir. ABŞ Rusiyanın Britaniya vətəndaşına və qızına qarşı sinir sisteminin iflicinə səbəb olan maddə tətbiqi ilə mühakiməsiz hücuma görə Rusiyanın məsuliyyət daşıması ilə bağlı qiymətləndirməsini bölüşür və biz Britaniyanın Rusiya diplomatlarını ədalətli cavab tədbiri olaraq ölkədən göndərmək qərarını dəstəkləyirik", - deyə Sanders öz bəyanatında bildirib.