"Google" bu reklamlara qadağa qoydu


Digərləri 14 Mar 2018 23:57:00 278 0

"Google" bu reklamlara qadağa qoydu

Dünyanın ən böyük axtarış sistemi olan "Google" şirkətində kriptovalyutaların reklamı dayandırlacaq.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə mətbuata şikət üzərində hüquqlara sahib "Alphabet" şirkətinin rəsmi nümayəndəsi məlumat verib. O bildirib ki, bu ilin iyun ayından başlayaraq axtarış sistemidə kriptovalyuta və başqa spekulyativ maliyyə alətlərinin reklamına qadağa qoyacaq.

Bundan başqa "Google" şirkətinin yeni, 2018-ci il üçün hazırlanan hesabatına görə, keçən il şirkət 3,2 milyard reklam elanını silib. 2016-cı il ilə müqayisədə isə silinmiş reklam elanlarının sayı nə az, nə çox, düz 2 dəfə yüksəlib.