İntellektual bacarıqların 80 faizi irsi yolla keçir


Digərləri 14 Mar 2018 23:08:00 279 0

İntellektual bacarıqların 80 faizi irsi yolla keçir

Edinburq universitetindən olan bir qrup tədqiqatçı iri miqyaslı araşdırma apararaq, dünyada yaşayan 240 mindən çox insanın DNT müxtəlifliklərini müqayisə edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə  "Herald" jurnalında məqalə dərc olunub.

Araşdırma nəticəsində alimlər zəka ilə əlaqəli 500 geni müəyyən edib.

"Apardığımız araşdırmada, hansı genlərin intellektə cavab verdiyi ortaya çıxıb. Bundan savayı böyük ehtimalla insan sağlamlığı və intellekti bir-birilə əlaqəlidir, çünki onlara eyni genlər təsir göstərir" deyə tədqiqat layihəsinin rəhbəri Ayan Diri bildirib.