Qan dövranının zəifləməməsi üçün qida


Digərləri 14 Mar 2018 22:50:00 236 0

Qan dövranının zəifləməməsi üçün qida

Pis qan dövranı nəticəsində ayaqlar, əllər soyumağa və tədricən keyləşməyə başlayır. Bu, xüsusilə qış aylarında baş verir. Qan dövranının zəifləməsi ciddi problemdir, onun yaranma səbəbləri də müxtəlifdir: diabet, ateroskleroz, hipertoniya, qan laxtalanması, hərəkətsiz həyat tərzi, siqaret, narkotik və s. zərərli vərdişlər.

Oxuculara bu yazıda oxucuları bu problemin bir neçə həlli üsullarıyla tanış edirik.

Daha çox su

Son.az publika.az-a istinadən xəbər verir ki, gündə ən azı 8 stəkan su içməlisiniz ki, qan dövranı yaxşılaşsın. Bundan başqa, su qida maddələrinin və oksigenin toxumalara ötürülməsinə, həmçinin hüceyrə və toxumaların nəmləndirilməsinə imkan yaradacaq.

Zəncəfil

Müntəzəm surətdə zəncəfil istifadəsi orqanizmdə qan laxtalanmasının və ürək-damar xəstəliklərinin qarşısını almağa imkan verəcək. Çünki onun tərkibində iki güclü aktiv birləşmələr: Gingerols və zingerone var. Bu maddələr qan dövranını artıracaq və bədəni qızdıracaq.

Sarımsaq

Tədqiqatçıları sübut ediblər ki, sarımsaq ürəyin sağlamlığını xeyli yaxşılaşdırır, aterosklerozun inkişaf riskini və qan təzyiqini azaldır, həmçinin arteriyaların tıxanmasının qarşısını alır.

Şabalıd