Gənc Tamaşaçılar Teatrı məktəblilər üçün bayram şənliklərinə hazırlaşır


Digərləri 14 Mar 2018 22:51:20 272 0

Gənc Tamaşaçılar Teatrı məktəblilər üçün bayram şənliklərinə hazırlaşır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı şənliklərinə hazırlaşır.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı şənliklərinə hazırlaşır. Teatrdan Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də Novruz bayramı və məktəblilərin yaz tətili günlərində teatr uşaqları maraqlı və mövzu baxımından rəngarəng tamaşalarla sevindirəcək. Bir neçə gündən sonra ölkəmizə yeniliklər fəsli olan Bahar gələcək. Baharın ilk günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının məktəbli dostlarına təqdim edəcəyi maraqlı səhnə əsərləri balaca tamaşaçılarımıza əsl bayram əhval ruhiyyəsi bəxş edəcək.