Britaniya ölkədən qovacağı diplomatların siyahısını Rusiyaya verib


Dünya 14 Mar 2018 22:11:00 281 0

Britaniya ölkədən qovacağı diplomatların siyahısını Rusiyaya verib

London Böyük Britaniya ərazisini tərk etməli olan Rusiya diplomatlarının siyahısını Moskvaya təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya-1" telekanalının efirində məlumat verib və Rusiyanın cavab tədbirləri hazırlayacağını bildirib. Onun sözlərinə görə, həmin diplomatlar arasında hərbi attaşeliyin nümayəndələri də var. Siyahı diplomatik kanallarla Rusiya tərəfinə ötürülüb. "Bizim cavab tədbirlərimiz hazırlanır və Britaniya tərəfinə təqdim olunacaq", - Zaxarova belə deyib.

Xatırladaq ki, Britaniya hökumətinin başçısı Tereza Mey martın 14-də parlamentin deputatları qarşısında çıxışı zamanı Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripalın və onun qızının zəhərlənməsində Rusiyanı ittiham edib. Rusiya XİN bu ittihamı təkzib edib və RF-nin Londondakı səfirliyi qarşı tərəfə Solsberidəki fövqəladə hadisəni birgə təhqiq etməyin zəruriliyini bildirən nota göndərib.