Bakı sakini evində halsız vəziyyətdə tapılıb


Digərləri 14 Mar 2018 22:19:00 236 0

Bakı sakini evində halsız vəziyyətdə tapılıb

Bakıda bir nəfər mənzildə halsız vəziyyətdə tapılıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.