14 yaşlı qızın üzərinə tüpürən ekspert telekanaldan uzaqlaşdırıldı


Dünya 14 Mar 2018 21:56:00 293 0

14 yaşlı qızın üzərinə tüpürən ekspert telekanaldan uzaqlaşdırıldı

İngiltərənin "Liverpul" klubunun sabiq müdafiəçisi Ceymi Karaqer ekspert qismində çalışdığı "Sky Sports" telekanalından mövsümün sonunadək uzaqlaşdırılıb.

Son.az oxu.az-a istinadən bildirir ki,telekanal Karaqerin müvəqqəti uzaqlaşdırıldığını, yeni mövsümün əvvəlində onun qayıtmağa hazır olub-olmaması ilə danışacağını bəyan edib.

Danimarkanın TV3 telekanalı isə dünən keçirilmiş "Mançester Yunayted" - "Sevilya" matçının örtüyündən Karaqerin şəklini çıxarıb.

Yeri gəlmişkən, artıq Mançester polisi Karaqeri qəzəbləndirən və onun tüpürməyini lentə çəkən 42 yaşlı Endi Hyuzu danışdırıb. O bu məsələdən sonra ölüm hədələri aldığını və Karaqerin işindən uzaqlaşdırılmasının istəmədiyini bildirib.