Britaniyanın sanksiyalarına dərhal cavab veriləcək


Dünya 14 Mar 2018 21:57:00 272 0

Britaniyanın sanksiyalarına dərhal cavab veriləcək

Moskva Londonun  "Skripal işi" ilə əlaqədar Rusiyaya qarşı elan etdiyi ölçüləri "misli görülməmiş kobud təxribat" kimi qiymətləndirib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Böyük Britaniya baş naziri Tereza Meyin martın 14-də parlamentdə səsləndirdiyi  Rusiyanın Serqey Skripal və onun qızının zəhərlənməsində "əli olduğuna" görə Moskvaya qarşı cəza tədbirləri haqqında bəyanatını, ölkələr arasında normal beynəlxalq dialoq təməllərini sarsıdan kobud təxribat kimi qiymətləndiririk" deyə Rusiya XİN-in yazılı bəyanatında deyilir.