Avtomobilinizə qaz avadanlıqları quraşdıranlar


Digərləri 14 Mar 2018 21:14:00 233 0

Avtomobilinizə qaz avadanlıqları quraşdıranlar

Ötən gecə hava limanı yolunda minik maşını yanıb. İddialara görə, yanan avtomobil qazla işləyirmiş. Buna görə də, yanğının əhatəsi geniş olub və qısa zamanda avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Bu fakt bir daha qazla işləyən avtomobillərin nə qədər təhlükəli olub-olmaması məsələsini aktuallaşdırıb

Hava limanı yolu ilə hərəkət edən avtomobil qəfil yanmağa başlayır. Çox keçmir ki, ardıcıl bir neçə partlayış səsləri eşidilir

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisəni lentə alan şəxs isə həmin avtomobilin qazla işlədiyini iddia edir. Çox keçmir ki, alov avtomobili cənginə alır və maşın tamamilə yanmağa başlayır

Hadisə dünən axşam saatlarınad baş verib. Bu fakt bir daha qazla işləyən avtomobillərin təhlükəli olub-olmaması məsələsini gündəmə gətirir.

Mütəxəssislər isə bildirirlər ki, belə yanğınların baş verməsinin başlıca səbəblərindən biri avtomobillərə qaz avadanlıqlarının kustar üsulla quraşdırılmasıdır. qaz balonları avtomobillərə qeyri-peşəkar quraşdırılan zaman təhlükəsizlik məsələlərinə ciddi nəzarət edilmir.


Xəbərə aid video