Dünyanın ən varlı ərəbi “Four Seasons”dakı payını satdı


Dünya 14 Mar 2018 20:20:00 274 0

Dünyanın ən varlı ərəbi “Four Seasons”dakı payını satdı

Ötən ay azadlığa buraxılan dünyanın ən varlı ərəbi Əl Valid bin Talal Suriyanın paytaxtı Şam şəhərində yerləşən "Four Seasons" hotelindəki payını 115 milyon dollara satıb.

Son.az oxu.az -a istinadən xəbər verir ki, Talalın hoteldəki payını Suriya prezidenti Bəşər Əsədə yaxınlığı ilə tanınan iş adamı Samer Foza alıb.

Qeyd edək ki, Foza Suriyada müharibə başlayandan sərvətini artırıb. Son yeddi ildə o, bir çox  dövlət satınalmalarının qalibi olub. Samer Türkiyədə qızıl mədəninə sahibdir.