Şamaxıda 2,2 metr uzunluğunda iki gürzə öldürüldü - FOTO


Digərləri 14 Mar 2018 20:12:37 258 0

Şamaxıda 2,2 metr uzunluğunda iki gürzə öldürüldü - FOTO

Şamaxı rayonunda bu mövsüm üçün xarakterik olmayan hadisə baş verib.

Bakı. Samir Əli - Şamaxı rayonunda bu mövsüm üçün xarakterik olmayan hadisə baş verib. Trend-in məlumatına görə, rayonun Çöl Göylər kəndində iki gürzə peyda olub. Gürzələrin hər birinin uzunluğu 2 metr 20 santimetr olub. Sakinlər bildirirlər ki, ilanlar heyvanların otlaq sahəsində aşkarlanıb. Həddindən artıq təhlükəli olan hər iki ilan kənd sakinləri tərəfindən öldürülüb.