Ağcabədinin kəndinə içməli su verilib


Digərləri 14 Mar 2018 19:10:00 209 0

Ağcabədinin kəndinə içməli su verilib

Ağcabədi rayonunun Köyük kənd sakinləri kəndin suya çıxışını yaxşılaşdıran su təminatı layihəsinin başa çatmasını qeyd ediblər.

Bakı. Bu gün ABŞ və Azərbaycan hökumətlərinin birgə layihəsi sayəsində Ağcabədi rayonunun Köyük kənd sakinləri kəndin suya çıxışını yaxşılaşdıran su təminatı layihəsinin başa çatmasını qeyd ediblər. Səfirlikdən Trend-ə verilən məlumata görə, kəndin 900-dən çox sakini uzun müddətdir ki, evlərində su çatışmazlığı ilə üzləşiblər. Gündəlik su ehtiyaclarını ödəmək üçün qadınlar və uşaqlar suyu uzaqda yerləşən artezianlardan gətirməli olurdu. Yeni su sisteminin qurulması ilə indi onlar suyu evlərinə yaxın yerləşən su kranlarından əldə edə biləcəklər ki, bunula da vaxt və enerjiyə qənaət etmiş olacaqlar.