Binəli Yıldırım: Azərbaycan və Türkiyə birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirirlər


Digərləri 14 Mar 2018 18:35:00 82 0

Binəli Yıldırım: Azərbaycan və Türkiyə birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirirlər

Azərbaycan və Türkiyə birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirirlər.

Bakı. Azərbaycan və Türkiyə birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirirlər. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycanın Baş naziri Artur Rasi-zadə ilə görüşündə deyib. Görüşdə A.Rasi-zadə qardaş Türkiyənin Baş nazirinin ölkəmizə səfərindən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib. Azərbaycan xalqının Türkiyədə baş verən prosesləri yaxından izlədiyini vurğulayan A.Rasi-zadə qardaş və dost ölkələrimizin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Baş nazir Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını deyib. Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduqlarını bildirən B.Yıldırım qardaş ölkələrimizin gündən-günə inkişaf etdiklərini məmnunluqla vurğulayıb. O, Azərbaycanın və Türkiyənin birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirdiklərini qeyd edib. Baş nazir Azərbaycan, Türkiyə və Gürcüstanın birgə reallaşdırdıqları irimiqyaslı layihələrin bölgədə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini deyib. Türkiyəli qonaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsinin tarixi İpək Yolunun bərpasında mühüm əhəmiyyət daşımaqla yanaşı, beynəlxalq yükdaşımaların da inkişafında önəmli rol oynayacağını diqqətə çatdırıb. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında qarşılıqlı sərmayələrin önəmini xüsusi qeyd edib. Türkiyənin Baş naziri XII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz tərəfindən Forumun təşkil olunmasından və bu mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Şahin Mustafayev İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb like
  • 14 Mar 18:34  
Digərləri Şahin Mustafayev İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb

Şahin Mustafayev İranın Sənaye, mədən və ticarət naziri Məhəmməd Şə

arrow Ətraflı
Azərbaycan Prezidenti Türkiyənin Baş naziri ilə görüşüb - YENİLƏNİB-2 like
  • 14 Mar 18:33  
Siyasət Azərbaycan Prezidenti Türkiyənin Baş naziri ilə görüşüb - YENİLƏNİB-2

Görüşdən sonra Prezident İlham Əliyev və Binəli Yıldırım birgə nahar

arrow Ətraflı
Ukraynalı gimnast Milli Gimnastika Arenası barədə təəssüratlarından danışıb (FOTO) like
  • 14 Mar 18:32  
Digərləri Ukraynalı gimnast Milli Gimnastika Arenası barədə təəssüratlarından danışıb (FOTO)

İdman gimnastikası üzrə FIG Dünya Kubokunun keçiriləcəyi Bakı Milli Gim

arrow Ətraflı
Prezident İlham Əliyev rəqəmsal hökumətə keçidlə bağlı fərman imzalayıb like
  • 14 Mar 18:31  
Siyasət Prezident İlham Əliyev rəqəmsal hökumətə keçidlə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev Elektron hökumətin inkişafı və rəqəmsal hökumə

arrow Ətraflı
"Sümüyünün xırçıltısı Pərvinin xoşuna gələcək?" like
  • 14 Mar 18:30  
Şou-biznes "Sümüyünün xırçıltısı Pərvinin xoşuna gələcək?"

Radio aparıcısı Tural Yusifov yol hərəkət qaydalarını pozan məşhurlarl

arrow Ətraflı
"Galatasaray"ın banklara borcu azalıb like
  • 14 Mar 18:29  
İdman "Galatasaray"ın banklara borcu azalıb

"Galatasaray" İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Go

arrow Ətraflı
Mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb like
  • 14 Mar 18:28  
Digərləri Mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparı

arrow Ətraflı
Bakıda hamı bu rəsmlərdən danışır  FOTO like
  • 14 Mar 18:28  
Digərləri Bakıda hamı bu rəsmlərdən danışır FOTO

Bakıda çəkilən, müasir incəsənət növü sayılan "street art"l

arrow Ətraflı
“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb like
  • 14 Mar 18:25  
İqtisadiyyat “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

Prezident İlham Əliyev "Elektron hökumətin inkişafı və rəqəmsal hökum

arrow Ətraflı
Qəza zamanı yol təsərrüfatına ziyan dəyib (FOTO) like
  • 14 Mar 18:25  
Digərləri Qəza zamanı yol təsərrüfatına ziyan dəyib (FOTO)

Yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına dəymiş ziyan hesablanı

arrow Ətraflı
ABŞ-da 80-dən çox avtomobil toqquşub like
  • 14 Mar 18:24  
Digərləri ABŞ-da 80-dən çox avtomobil toqquşub

ABŞ-ın Ohayo ştatının Morrou dairəsində şosedə 81 avtomobil toqquşub.

arrow Ətraflı
3 yaşlı uşağın qətlində təqsirləndirilən həkimə bəraət verildi like
  • 14 Mar 18:24  
Digərləri 3 yaşlı uşağın qətlində təqsirləndirilən həkimə bəraət verildi

Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə tə

arrow Ətraflı
"CinemaPlus" kinoteatrında "Güc sahibi" filminin qalagecəsi keçirilib like
  • 14 Mar 18:20  
Digərləri "CinemaPlus" kinoteatrında "Güc sahibi" filminin qalagecəsi keçirilib

Gənclik Mall TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında m

arrow Ətraflı
Bakı metrosunda növbəti sərgi keçiriləcək like
  • 14 Mar 18:18  
Digərləri Bakı metrosunda növbəti sərgi keçiriləcək

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Macarıstanın Bakı

arrow Ətraflı