Qəza zamanı yol təsərrüfatına ziyan dəyib (FOTO)


Digərləri 14 Mar 2018 18:25:00 276 0

Qəza zamanı yol təsərrüfatına ziyan dəyib (FOTO)

Yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına dəymiş ziyan hesablanır.

Bakı. Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına dəymiş ziyan hesablanır. Bu barədə Trend-ə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 99 JH 641 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınının sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı əyri-xətli dəmir tirlərə çırpıb. Zərbənin təsirindən yük maşını aşıb.