Bakı metrosunda növbəti sərgi keçiriləcək


Digərləri 14 Mar 2018 18:18:33 235 0

Bakı metrosunda növbəti sərgi keçiriləcək

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Macarıstanın Bakıdakı Səfirliyi birgə sosial layihə gerçəkləşdirəcək.

Bakı. Samir Əli - “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Macarıstanın Bakıdakı səfirliyi birgə sosial layihə gerçəkləşdirəcək. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, martın 15-də saat 15:00-da Macarıstanın Bakıdakı səfirliyinin təşkilatçılığı və "Bakı Metropoliteni" QSC-nin dəstəyi ilə "Macar şairi Şandor Petöfinin əsərləri" adlı sərginin təqdimatı olacaq. Təqdimat mərasimi Bakı metropoliteninin "Memar Əcəmi" (Bənövşəyi xətt) stansiyasının vestibülündə keçiriləcək. Sərgidə 1848-1849-cu illərdə Macarıstanda baş vermiş inqilab və macar xalqının azadlıq mübarizəsinin 170-ci ildönümü münasibətilə Şandor Petöfinin ədəbi yaradıcılığı nümayiş olunacaq. Sərginin təşkil olunmasının əsas məqsədi Bakı metropolitenindən istifadə edən sərnişinlərə Macarıstan tarixinin və şairin həyatının həlledici dövrünü təqdim etməkdir. Təqdimat mərasimində Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət təhlükəsizlik siyasəti və beynəlxalq əlaqələr üzrə katibi İştvan Mikola, Macarıstanın Bakıdakı səfiri səlahiyyətli səfiri və "Bakı Metropoliteni" QSC-nin əməkdaşları iştirak edəcəklər.