Bakıda III Beynəlxalq Elm Festivalı keçiriləcək


Digərləri 14 Mar 2018 17:37:00 200 0

Bakıda III Beynəlxalq Elm Festivalı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə III Beynəlxalq Elm Festivalı keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, AMEA Rəyasət Heyəti 9-30 oktyabr tarixlərində növbəti Beynəlxalq Elm Festivalının keçirilməsini qərara alıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Türk Dünyası Elmlər Akademiyaları Birliyinə rəhbərlik edəcəyini vurğulayıb.