Moldovada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək MədəniyyətTəhsil Mərkəzinin binasının təməli qoyulub FOTO


Digərləri 14 Mar 2018 16:59:24 334 0

Moldovada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək MədəniyyətTəhsil Mərkəzinin binasının təməli qoyulub  FOTO

Martın 13-də Moldovanın Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzinin binasının təməlqoyma mərasimi keçirilib.

Son.az bildirir ki, Fonddan Trend-ə verilən məlumata görə, 1600 kvadratmetrdən çox sahəsi olan Mədəniyyət-Təhsil Mərkəzinin binası lazımi avadanlıqla, eləcə də kompüter otaqları ilə təchiz olunacaq.

Mədəniyyət-Təhsil Mərkəzi Azərbaycan rəhbərliyinin göstərişi əsasında Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunacaq.

Təməlqoyma mərasimində Moldova Respublikasının Prezidenti İqor Dodon, Qaqauziya Muxtariyyətinin başqanı xanım İrina Fedorovna Vlah, Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev iştirak ediblər.


Xəbərə aid fotolar