EEAS: "Azərbaycan Avropa və Asiya arasında əlaqənin təmin olunmasında vacib rol oynayır"


Digərləri 14 Mar 2018 16:55:34 234 0

EEAS: "Azərbaycan Avropa və Asiya arasında əlaqənin təmin olunmasında vacib rol oynayır"

Azərbaycan Avropa və Asiya arasında əlaqənin təmin olunmasında vacib rol oynayır.

Son.az xəbər verir ki, bunu Trend-ə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) direktorunun müavini Lük Devin Brüsseldə "Şərq tərəfdaşlığı" təşəbbüsünün yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirin kuluarlarında deyib.

EEAS-ın direktor müavin deyib: "Azərbaycan Avropaya Xəzər regionu ölkələri ilə, Türkmənistanla, Qazaxıstanla, eləcə də Çinlə əlaqə yaratmağa kömək edir. Aydındır ki, bu kontekstdə Azərbaycan böyük əhəmiyyət kəsb edir. Azərbaycanın qovşaq qismində rolunu genişləndirməsi çox vacibdir".

L.Devin həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib və "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyətini vurğulayıb: