Azərbaycanda magistral yol çökdü VİDEO FOTO


Digərləri 14 Mar 2018 16:38:00 248 0

Azərbaycanda magistral yol çökdü  VİDEO  FOTO

Bakı-Şamaxı-Yevlax magistralında çökmə meydana gəlib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib. Yolun Şamaxı ərazisində asfalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub. Firidun Məmmədov - sürücü: "Düzəldirlər də xeyri yoxdur. Yaxşı olardı ki, bu yolun istiqamətini dəyişərdilər". Rahil Bədəlov - sürücü: "Çətinlik var. Yol sürüşməsidir. Çoxdandır çökür bura. İndi düzəldirlər". İdarədən, həmçinin bildirildi ki, sürüşmə baş verən yola alternativ olaraq yeni yol çəkilir.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar