London Rusiya diplomatlarını qovmağa


Dünya 14 Mar 2018 16:11:58 250 0

London Rusiya diplomatlarını qovmağa

Britaniya ölkədə fəaliyyət göstərən Rusiya diplomatlarını "arzuolunmaz şəxslər" elan edərək qovmağa hazırlaşır.

Britaniya ölkədə fəaliyyət göstərən Rusiya diplomatlarını "arzuolunmaz şəxslər" elan edərək qovmağa hazırlaşır.

Son.az bildirir ki, bu barədə  Sky News telekanalı Twitter  profilində xəbər verib. Telekanalın mənbələrinin dediklərinə görə, Britaniyanın baş naziri Tereza Mey bununla bağlı ən yaxın saatlarda açıqlama verəcək.

Londonun sərt addımının səbəbi Britaniyanın Solsberi şəhərində Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı, polkovnik Sergey Skripalla qızı Yuliyaya qarşı "Noviçok" adlı kimyəvi zəhərləyici maddədən istifadə etməklə sui-qəsddir.