Qubada sərhədyanı əməkdaşlıq məsələləri müzakirə edilib


Digərləri 14 Mar 2018 16:08:47 217 0

Qubada sərhədyanı əməkdaşlıq məsələləri müzakirə edilib

Qazaxıstanın Baş nəqliyyat prokuroru Marat Alixanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Quba rayonunda olub.

Bakı. Azərbaycan və Qazaxıstan prokurorluq orqanları, o cümlədən sərhədyanı ərazilərin prokurorluqları arasında cari məsələlərin, gələcək əməkdaşlıq və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Qazaxıstanın Baş nəqliyyat prokuroru Marat Alixanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Quba rayonunda olub. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qonaqlar rayonda Heydər Əliyev Mərkəzinin, rayon məhkəməsinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra Quba şəhərində hər iki prokurorluq orqanlarının nümayəndələrinin sərhədyanı əməkdaşlıq məsələlərinə dair işçi görüşü keçirilib.