BSU professorunun kitabı Türkiyə mətbuatının gündəmində (FOTO)


Digərləri 14 Mar 2018 15:46:00 256 0

BSU professorunun kitabı Türkiyə mətbuatının gündəmində (FOTO)

Etibar Babayevin Türk dünyasının məşhur sənətçisi Barış Mançoya həsr etdiyi "Barış körpüsü" adlı kitabı nəşr olunub.

Bakı. Bakı Slavyan Universiteti (BSU) Azərbaycan filologiyası və jurnalistika fakültəsinin jurnalistika kafedrasının professoru, əməkdar jurnalist Etibar Babayevin Türk dünyasının məşhur sənətçisi Barış Mançoya həsr etdiyi "Barış körpüsü" adlı kitabı nəşr olunub. Universitetdən Trend-ə verilən məlumata görə, müəllifin "Barış körpüsü" adlı kitabında ünlü türk sənətçisi Barış Mançonun Azərbaycanda olarkən bir çox görüşləri, müsahibələri, nadir fotoşəkilləri və digər maraqlı xatirələri yer alıb. Martın 8-də iki günlük İstanbula işgüzar səfərə gedən Etibar Babayev Barış Mançonun ev muzeyini ziyarət edib. O, dəfələrlə qonaq olduğu, çəkilişlər apardığı bu malikanəyə əliboş getməyib. "Barış körpüsü" kitabının ilk nüsxəsini muzeyə hədiyyə verib.