Lavrov: “Türkiyənin S400lərin tez göndərilməsi ilə bağlı xahişinə müsbət baxırıq”


Dünya 14 Mar 2018 15:10:00 248 0

Lavrov: “Türkiyənin S400lərin tez göndərilməsi ilə bağlı xahişinə müsbət baxırıq”

Türkiyənin S-400-lərin tez bir zamanda göndərilməsi ilə bağlı xahişinə biz müsbət reaksiya veririk.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkar Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

"Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlığı, iqtisadi münasibətləri müzakirə etdik. "Türk axını" və Akkuyu Atom Elektrik Stansiyası kimi layihələrin önəmini bir daha təsdiqlədik. S-400 zenit-raket kompleksinin Türkiyəyə satışına dair sazişin reallaşdırılmasını müzakirə etdik. Bu barədə mütəxəssislər danışıqlar aparır. Türkiyənin S-400-lərin göndərilməsinə dair xahişinə biz müsbət reaksiya veririk. Rusiya və Türkiyədə qarşılıqlı olaraq 2019-cu ilin turizm ili elan edilməsini razılaşdırdıq. Ötən il Rusiyadan Türkiyəyə rekord sayda turist gedib. Biz Türkiyəyə gələn turistlərin sayına görə Almaniyanı qabaqlamışıq". 

Rusiya XİN başçısı türkiyəli həmkarı ilə gündəmdə olan beynəlxalq məsələləri müzakirə etdiklərini də söyləyib: "Hər şeydən öncə Suriya münaqişəsinin siyasi yolla həll edilməsi ilə bağlı müzakirələr apardıq".