“İnstagram”da insanlara yalan vədlər verərək onları aldadan və pullarını mənimsəyən şəxs saxlanılıb (FOTO)


Digərləri 14 Mar 2018 14:45:00 278 0

“İnstagram”da insanlara yalan vədlər verərək onları aldadan və pullarını mənimsəyən şəxs saxlanılıb (FOTO)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bakı. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN-dən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “İnstagram” sosial şəbəkəsində “xaker_telefon_izle” adlı səhifənin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı və külli miqdarda pullarını mənimsədiyi barədə məlumat daxil olub. Aparılan əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan “mobil telefonun yönləndirilməsi”, “telefonda ön kameranın açılması” və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi kimi uydurma xidmətlər təklif olunur.