Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri seçilib
Dünya 14 Mar 2018 13:30:18 273 0
Gizli səsvermənin nəticələri deputatların sürəkli alqışları ilə qarşılanıb
Bundestaq dördüncü dəfə ardıcıl olaraq Angela Merkeli Almaniyanın kansleri seçib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Angela Merkel səs çoxluğu ilə kansler seçilib", - Bundestaq rəhbəri Volfqanq Şoyble deyib.
Gizli səsvermənin nəticələri deputatların sürəkli alqışları ilə qarşılanıb.
Xatırladaq ki, Angela Merkelin namizədliyi ölkə Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən irəli sürülüb.
Mənbə: report.az