“Hər şeyi örtbasdır edirik” Eldardan şok sözlər VİDEO FOTO


Şou-biznes 14 Mar 2018 13:35:00 315 0

“Hər şeyi örtbasdır edirik”  Eldardan şok sözlər  VİDEO  FOTO

"ARB Ulduz"un "Virtual Həyat" verlişinin növbəti qonağı müğənni Eldar Qasımov olub. Son.az bildirir ki, Eldar, ilk olaraq, yeni klipindən danışıb: "Mahnı, əslində, ötən il yazılıb. Ötən il, qışın əvvəlində. Mahnıya romantik, insanlara təsir edəcək bir klip çəkmək istəyirdik. Mən bu klipdə özümü canlandırmışam. Evdə, dostlarımla necəyəmsə, klipdə də o cür görünmüşəm. Videorolikdə Şükufə xanım Yusupova, Vadim Kutukov, Elvin, Alina sadə obrazlarını canlandırıblar və həyatlarını burda əks etdiriblər". Müğənni mentalitendən uzaq olduğunu diqqətə çatdırıb: "Mentalitetlə hər şeyi ört-basdır edirik. Özümüzə bəraət qazandırırıq. Çox şadam ki, mənim pərəstişakarlarım da, ətrafımda olan insanlar da heç nəyi mentalitetlə ölçmürlər. Əgər mən mentalitetlə yaşasdaydım, indi olduğum yerdə olmazdım". Eldar Qasımovla olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar