Dünyanın beşinci ən iri almazı satılıb


Dünya 14 Mar 2018 12:45:00 242 0

Dünyanın beşinci ən iri almazı satılıb

Belçikanın Antverpen şəhərində tarixin ən iri almazlarından biri 40 milyon dollara satılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin almaz bu ilin yanvarında Lesotoda aşkar edilmişdi.

"Lesoto əfsanəsi" adı verilən 910 karatlıq almaz hərracda öz müştərisini tapıb.