Afrində zərərsizləşdirilən terrorçuların sayı 3444 oldu


Digərləri 14 Mar 2018 12:25:21 232 0

Afrində zərərsizləşdirilən terrorçuların sayı 3444 oldu

Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3444 nəfərə çatıb.

Bakı. Rufiz Hafizoğlu - Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3444 nəfərə çatıb. Trend-in məlumatına görə, zərərsizləşdirilən terrorçuların sayını Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlayıb. Baş Qərargahın məlumatına görə, təkcə ötən gün ərzində Afrində 51 terrorçu məhv edilib.