Alim Qasımov Almaniyada konsert verəcək


Digərləri 14 Mar 2018 11:44:58 140 0

Alim Qasımov Almaniyada konsert verəcək

onsert dünyaca məşhur Elbphilharmonia zalında baş tutacaq

Xalq artisti Alim Qasımov aprelin 1-də Almaniyanin Hamburg şəhərində konsert verəcək.

“Report”un məlumatına görə, konsert dünyaca məşhur Elbphilharmonia zalında keçiriləcək.

Konsertdə A.Qasımov ilə yanaşı onun qızı, əməkdar artist Fərqanə Qasımova da çıxış edəcək. Onları kamançada Rauf İsmayılov, tarda Zəki Vəliyev, nağarada Cavidan Nəbiyev, balabanda isə Rafael Əsgərov müşayiət edəcək.