Bakı Media Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq memorandumu imzalayıblar


Digərləri 14 Mar 2018 11:45:00 205 0

Bakı Media Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq memorandumu imzalayıblar

Bakı Media Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bakı. İlkin Şəfiyev - Bakı Media Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Trend-in məlumatına görə, əməkdaşlıq memorandumuna əsasən tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ictimaiyyətlə əlaqələrin qurulması, müxtəlif layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün birgə fəaliyyətlərin təşkili məqsədilə razılığa gəliblər. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, qida təhlükəsizliyi sahəsində innovativ layihələrin icrası vacibdir.