Moskvada İŞİD tərəfdarlarının kütləvi həbsi


Dünya 14 Mar 2018 11:18:00 369 0

Moskvada İŞİD tərəfdarlarının kütləvi həbsi

Rusiyanın paytaxtı Moskvada və şəhərkənarı rayonlarda İŞİD qruplaşması tərəfdarlarını  döyüşmək məqsədilə Suriya və İraqa göndərən mütəşəkkil dəstə ifşa olunub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya FTX-nin İctimai əlaqələr mərkəzi məlumat yayıb.

O da məlum olub ki, sözügedən radikal dəstə həm də Mərkəzi Asiya ölkələrindən olan qanunsuz miqrantlar üçün saxta sənədlər hazırlamaqla məşğul olub.

FTX və DİN əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyatın gedişatında saxta sənədlərin hazırlanması üzrə 3 laboratoriya aşkarlanıb. Həmin obyektlərdə  dövlət sərhədindən keçməni "təsdiq edən" saxta ştamplar, möhürlər, miqrasiya kartlarının blankları, xarici dövlətlərə aid pasportların orijinalları və surətləri müsadirə olunub.