Bir qrup xarici tələbə BANM-da mühəndislik üzrə təhsil alacaq


Digərləri 14 Mar 2018 10:20:00 202 0

Bir qrup xarici tələbə BANM-da mühəndislik üzrə təhsil alacaq

Bakı Ali Neft Məktəbi (BANM) Birləşmiş Millətlər Təşkilatının (BMT) Təlim və Tədqiqat İnstitutu ilə təhsil sahəsində əməkdaşlığa hazırlaşır.

Bakı. Bakı Ali Neft Məktəbi (BANM) Birləşmiş Millətlər Təşkilatının (BMT) Təlim və Tədqiqat İnstitutu ilə təhsil sahəsində əməkdaşlığa hazırlaşır. BANM-dan Trend-ə verilən məlumata görə, BMT-nin dəstəyi və vasitəçiliyi ilə bir qrup xarici tələbənin BANM-da mühəndislik üzrə təhsil alacağı gözlənilir. Bu haqda Ali Məktəbin rektoru Elmar Qasımovun BMT-nin Təlim və Tədqiqat İnstitutunun Proqram direktoru Aleksandr Mexia və Azərbaycanın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov ilə görüşü zamanı müzakirə olunub. BMT-nin Təlim və Tədqiqat İnstitutunun Proqram direktoru Aleksandr Mexia qeyd edib ki, BMT bir sıra ölkələrdə insanlara daha yaxşı həyat şəraiti təmin etmək məqsədilə müxtəlif layihələr həyata keçirir. BMT belə layihələri özünün İnkişaf Proqramı vasitəsilə həyata keçirir. Güclü təhsilin bütün sahələrdə önəmliliyini vurğulayan cənab Mexia neft-qaz mühəndisliyi üzrə kadrların yetişdirilməsinə ehtiyyacı olan Afrika və Latın Amerikası ölkələrindən bir qrup gəncin BANM-da təhsil ala bilməsinin mümkün istiqamətlərindən söz açıb. O bildirib ki, əməkdaşlıq haqqında müzakirələr uğurla davam edərsə, cari ilin yeni dərs ilindən BMT-nin xətti ilə bir qrup əcnəbi gənc artıq BANM-da təhsilə başlaya bilər.