Əfqanıstanda partlayış olub, azı 6 polis əməkdaşı ölüb


Dünya 14 Mar 2018 09:49:58 365 0

Əfqanıstanda partlayış olub, azı 6 polis əməkdaşı ölüb

Ölkənin cənubunda yerləşən Gilmənd əyalətinin Nadəli rayonunda terrorçu-kamikadze özünü partladıb

Əfqanıstanda avtomobilin partladılması nəticəsində azı 6 polis əməkdaşı ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Ölkənin cənubunda yerləşən Gilmənd əyalətinin Nadəli rayonunda terrorçu-kamikadze özünü partladıb. 

Hadisənin təfərrüatı barədə məlumat yayılmayıb.

Partlayışın məsuliyyətini hələ ki heç bir terroçu qruplaşma üzərinə götürməyib.