“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunacaq


Digərləri 14 Mar 2018 09:33:00 227 0

“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunacaq

“Abituriyent” 1 jurnalında 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar təqdim ediləcək.

Bakı. İlhamə İsabalayeva - “Abituriyent” 1 jurnalında 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar təqdim ediləcək. DİM-dən Trend-ə verilən məlumata görə, jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər bir fənn üzrə qəbul və buraxılış (tam orta təhsil səviyyəsi üzrə) imtahanı proqram­ları, imtahan fənləri üzrə qapalı və açıq formalı test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları öz əksini tapacaq. Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunacaq.