Portağalın 6 faydası


Digərləri 14 Mar 2018 08:46:00 303 0

Portağalın 6 faydası

Hamımız bilirik ki, portağal C vitamini deposudur. Bu meyvə insanı gümrah edər və bədənə çoxlu kalori daxil etməz. Portağal payız meyvələrindən biridir ki, çox dadlı və faydalıdır. Soyuq günlər gəlib çatmışdır və bədənimizin C vitamininə daha çox ehtiyacı vardır. Portağalın 6 faydasına nəzər salaq:

1. Soyuqdəymənin dərmanıdır. Çünki portağalın tərkibində C vitamini vardır ki, immun sistemini gücləndirər. İmmun sistemi əsgərlərə bənzəyir ki, insan bədənini qoruyar. İnsanı soyuqdəymədən, viruslardan qoruyar. Bu vitamin bədəndə olan iltihablara təsir edər və onun sağalmasına şərait yaradar. Bir portağal insanın gün ərzində C vitamininə olan ehtiyacının yarısını ödəyər.

2. Qandakı pis xolesterinin səviyyəsini aşağı salar. Son.az deyerler.org-a istinadən bildirir ki, portağalın tərkibində olan fibrlər qandakı xolesterinə müsbət təsir qoyar. Portağal suyu qanda olan yağlılığı aşağı salar. Ona görə də gün ərzində 3 stəkan təzə çəkilmiş portağal suyu içmək tövsiyə edilir.

3. Çəkini normada saxlayar. Portağalın tərkibində su, kalsium, bir qədər kalori vardır. Əgər çəkinizi aşağı salmaq istəyirsinizsə, o zaman banan və ya üzüm yerinə portağal yeyin ki, onun kalorisi azdır. Portağal dəmirin cəzb olmasına yardım edər. Adətən həkimlər mərci yeyəndən sonra bir portağal yeməyi tövsiyə edirlər.