Novruzda İrandan Azərbaycana gələcək turistlərin sayı 3


Digərləri 14 Mar 2018 07:59:00 265 0

Novruzda İrandan Azərbaycana gələcək turistlərin sayı 3

Builki Novruz bayramı günlərində İrandan Azərbaycana gələcək turistlərin sayının təxminən 30 faiz azalacağı gözlənilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, İran iqtisadiyyatında baş verən dəyişikliklər, eyni zamanda martın 20-dən xaricə getmək istəyən İran vətəndaşları üçün verginin məbləğinin yüksəldilməsi ilə əlaqədar İrandan Azərbaycana gələcək turistlərin sayında azalma olacaq:

"Ötən il İran turistlərinin sayı çox olduğundan hotellərdə onlara yer tapılmamışdı. Bu il isə Novruz bayramı günləri üçün hotellərin yerləri müəyyən qədər bronlaşdırılsa da, yerlərin dolma səviyyəsi ötən ilə nisbətən aşağıdır".