Radiolarla bağlı monitorinqlər başa çatdı: Verilişə zəng edən dinləyicilərin ələ salınması halları aşkarlanıb


Digərləri 14 Mar 2018 08:03:11 190 0

Radiolarla bağlı monitorinqlər başa çatdı: Verilişə zəng edən dinləyicilərin ələ salınması halları aşkarlanıb

Milli Televiziya və Radio Şurası (MTRŞ) radiolarla bağlı apardığı monitorinqlərdə bütün radio yayımçılarını əhatə etməyə çalışıb.

Bakı. Elçin Mehdiyev - Milli Televiziya və Radio Şurası (MTRŞ) radiolarla bağlı apardığı monitorinqlərdə bütün radio yayımçılarını əhatə etməyə çalışıb. Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. T.Dadaşovun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən radioların efirində ciddi pozuntu hallarına rast gəlinməyib: "Həmçinin bu radioların proqram səbəti tamamilə balanslaşdırılmış və əsasən maarifçilik xarakterli verilişlərdən ibarətdir. Dövlət büdcəsindən maliyyələşən radiolardan yalnız Avto FM-in efirində müəyyən problemlər diqqəti cəlb edir. Lakin əvvəlki dövrlərlə müqayisədə bir sıra müsbət yeniliklər də müşahidə edilir". T.Dadaşov vurğulayıb ki, monitorinqlər zamanı özəl radioların efirində maarifləndirici layihələrin azlığı diqqəti cəlb edib: