Çin 6G mobil rabitə standartı hazırlayır


Digərləri 14 Mar 2018 07:51:00 230 0

Çin 6G mobil rabitə standartı hazırlayır

Çin alimləri altıncı nəsil rabitə standartı üzərində işə başlayıblar. Bu haqda Çinin Sənaye və İnformasiyalaşdırma naziri Myao Vey məlumat verib.

"Çin alimləri ötən ilin sonunda yeni "6G" rabitə standartı sahəsində işləmələrə təşəbbüs göstəriblər - o deyib. "Əşyalar interneti"nin inkişafı mobil rabitə texnologiyaları imkanlarının genişləndirilməsi ilə eyni vaxtda həyata keçirilməlidir".

Son.az ICTnews-a istinadən bildirir ki, nazirin sözlərinə görə, "sürətli texnoloji inkişaf yalnız mobil rabitə vasitəsi ilə insanlar arasında ünsiyyət yaradılmasını deyil, həm də insan və kompüter, həmçinin kompüterlər arasında qarşılıqlı əlaqəni təmin edir". "Bu, bəşəriyyətin gələcəyidir - deyə, Myao Vey bildirib.