Marsa sınaq uçuşları növbəti ilə planlaşdırılır


Digərləri 14 Mar 2018 07:22:00 279 0

Marsa sınaq uçuşları növbəti ilə planlaşdırılır

ABŞ-ın "SpaceX" şirkətinin təsisçisi İlon Mask Marsa ilk sınaq uçuşlarını 2019-cu ilə planlaşdırır.

Son.az ICTnews-a istinadən bildirir ki, Texas ştatının Ostin şəhərində texnologiyalar yarmarkasında çıxış edən şirkət yaradıcısı Marsa sınaq uçuşları 2019-cu ildə baş tutacaq ilk planetlərarası kosmik gəminin inşası barədə söz açıb. Onun sözlərinə görə, söhbət Marsa və əks istiqamətdə qısamüddətli reyslərdən gedir. Bununla yanaşı, "SpaceX" rəhbəri uçuş müddətinin təxirə salına biləcəyini istisna etməyib.

Məlumat verildiyi kimi, bu ilin fevralında "SpaceX" şirkəti Florida kosmodromundan "Falcon Heavy" raketdaşıyıcısının buraxılışını həyata keçirib. Raketdaşıyıcısında İ.Maskın şəxsi "Tesla" avtomobilinin olduğu kapsula quraşdırılıb. Avtomobilin sükanı arxasında kosmik skafandr geyinən maneken əyləşib.