İran XİN rəhbəri Azərbaycana səfər edəcək


Digərləri 14 Mar 2018 02:05:00 190 0

İran XİN rəhbəri Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan və Qazaxıstana səfər edəcək

Bakı. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan və Qazaxıstana səfər edəcək. Trend-in verdiyi xəbərə görə, bu barədə İRNA agentliyi İran XİN-in mətbuat katibi Bəhram Qasımiyə istinadla məlumat yayıb. Bakıda Zərif Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündə iştirak edəcək. Daha sonra o İran, Rusiya və Türkiyə XİN başçılarının üçtərəfli sammitinə qatılmaq üçün Astanaya yollanacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin