Günün qoroskopu: çoxsaylı problemlər yarana bilər


Digərləri 14 Mar 2018 00:01:00 266 0

Günün qoroskopu: çoxsaylı problemlər yarana bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin.

Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji diskomforta qapılmayın.

Axşam saatlarında diqqətli olun.

Buğa - Rəqibləri geridə qoyaraq irəliləmək şansları var. Şəxsi münasibətlərdə də yeniliklər zamanıdır. Maliyyə əməliyyatları, alış-veriş, yaradıcılıq üçün münasib zamandır.

Bir işi başa vurmamış digərinə başlamayın. Tələsmədən çalışın. Mühüm məsələ ilə bağlı mövqelərinizin dəyişməsində qorxulu heç nə yoxdur. Maliyyə ilə bağlı təklif alsanız, düşünülməmiş qərar qəbul etməyin. Olayların cari fəaliyyətinizə təsir səviyyəsini hesablayın.

Başqalarının hesablamalarına uymayın. Yalnız sizə sərfəli addımlar atın.

Əkizlər - Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin.

Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın.

Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.

Xərçəng - İşlərinizdə irəliləmək üçün rasional düşünün. Qərar qəbul edəndə ön planda olmayın. Perspektivlər sizi təmin edirsə, işə başlayın.

Fərdi qərarlarla müqayisədə kollektiv müzakirələr daha yaxşıdır. Maraqlarınızın olduğu sahədə qarışıqlıq və anlaşılmazlıq yaratmaq istəyən insan var. Təşəbbüskar davranın, amma düşünülməmiş qərarlar verməyin.

Günün ikinci yarısında mövqelərinizi daha təhlükəsiz etmək üçün zəruri addımlar atın. Münasibətlərdə heç nəyi korlamayın. Ehtiyatlı, sayıq olun.

Axşam saatlarında alış-veriş etmək, qarderobu yeniləmək olar. Dostlardan maraqlı xəbərlər alacaqsınız. 

Şir - Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə süni problemlər yaratmayın. Rabitə vasitələri və ya texnikanın işində problemlər yarana bilər. İşlərinizə qapılaraq ailə üzvlərinin xahişini qulaqardına vurmayın. Öhdəlikləri unutmayın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər olmayacaq. Ailədə rəvan, həlim münasibətləri qoruyun. Məişət qayğıları və problemlərdən tam yayınmaq mümkün deyil. Amma nikbin olsanız, bütün problemlərin öhdəsindən gələ bilərsiniz.

Qız - Uzaqdan yaxşı məsləhət alacaqsınız. Təmasları aktivləşdirin. Təcrübənizi yaxın ətrafınızdakı insanlardan biri ilə paylaşa bilərsiniz. Müxtəlif ağırlıqda və səviyyədəki problemlərin həllində tələskənliyə yol verməyin. Təmirə başlamaq, yaşam arealını yeniləmək olar.

Ailə və məşiət qayğılarının aradan qaldırılması üçün münasib zamandır.

Günün ikinci yarısında aqressiv, səbirsiz, qısqanc olmayın. Hansısa məsələ ilə bağlı fikirlərinizin absolyut həqiqətə bənzəməməsi ilə barışın.

Münasibətləri gərginləşdirməmək üçün iradlarla tənqidləri azaldın. Rasionunuza fikir verin. İdmanla məşğul olun.

Tərəzi - Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun.

İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır.