Əli Abdullah Saleh kimdir?


Digərləri 13 Mar 2018 22:50:00 261 0

Əli Abdullah Saleh kimdir?

39 il öncə Yəmənin Şimali ordusunun məsullarından olan Əli Abdullah Saleh, ölkənin başçısı olaraq təyin olur. O 12 il bu vəzifədə qalır. Həftənin birinci günü KİV, Yəmənin eks prezidenti Əli Abdullah Salehin ölüm xəbərini təsdiqləyiblər. Bu yazıda Onun siyasi həyatına nəzər salırıq. 39 il öncə Yəmənin Şimali ordusunun məsullarından olan Əli Abdullah Saleh, ölkənin başçısı olaraq təyin olur. O 12 il bu vəzifədə qalır. Berlik divarının dağılması və sosializm cəbhəsinin qısa zaman ərzidə çöküşü solçu Cənubi Yəməni də zəiflətdi və Saleh bir daha prezidentliyə layiq görüldü.

Son.az iuvmpress.com-a istinadən bildirir ki, şərqşünas Qraham Banerman bu barədə bildirir: "Salehin iqtidara gəldiyi zaman O, 18 ay ərzində ölkənin üçüncü prezidenti idi. İşin ilk günlərində yəmənlilər, prezidentlərinin 1 ildən artıq olaraq postunda qalmasına sevinirdilər. Lakin 30 ildən sonra Saleh hakimiyyəti korrupsiya, kasıbçılıq və fəsadla doldu." 28 il öncə, İraq ordusunun Küveytə hücumu ərəfəsində Saleh, Səddam Hüseynin ən yaxın müttəfiqlərindən hesab olunurdu. İraq ordusunun ABŞ-ın rəhbərliyi altında olan beynəlxalq koalisiyaya məğlub olduqdan sonra Yəmən, 10 il ərzində qırağa çəkildi.

Lakin 1379 (şəmsi) ilinin payız ayında Ədən boğazında "Kul" gəmisinə olunan hücum və 17 ABŞ qüvvəsinin ölümü, növbəti ildə isə Nyu-Yorkda yerləşən ticarət mərkəzinə olunan terror hücumu Vaşinqtonun terrorla mübarzə barədə xarici siyasətinin ciddiləşməsinə səbəb oldu. "Corc Taun" universitetindən Cerald Post bu barədə bildirib: "O özünü, terrorun Qərb və Amerikaya keçməsinin qarşısını alan kimi göstərə bildi. Buna baxmayaraq Vaşinqton Misir inqilabını dəstəklədi, Yəməndə etirazların başlamasından sonra isə ABŞ xarici işlər naziri Saleh hakimiyyətinin davamının zəruriliyini bildirdi. Lakin etirazların artmasıyla Vaşinqton da Onun getməsinə raz oldu."