Afrin yaxın zamanda təmizlənəcək


Dünya 13 Mar 2018 21:35:00 263 0

Afrin yaxın zamanda təmizlənəcək

"Türkiyə Suriyadakı Afrin şəhərini yaxın zamanda militantlardan təmizləyəcək və artıq ərazinin yarıdan çoxuna nəzarət edir." Bunu Türkiyə hökumətinin sözçüsü Bekir Bozdağ bazar ertəsi müxbirlərə bildirib.

"Biz Afrində 1102 kvadrat kilometr ərazini terrorçulardan təmizləmişik. Biz yaxın zamanda şəhərin mərkəzinə çatacağıq və oranı da təmizləyəcəyik", o deyib.​

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Türkiyə Suriyanın şimal-qərbindəki Afrin regionund hərbi əməliyyatlara yanvar ayında başlayıb. Ankara bundan sonra şərqdə Manbic istiqamətində də irəliləyəcəyi ilə hədələyib. Ərazi Suriya kürdlərinin YPG birləşmələrinin mərkələşdiyi yerdir. Türkiyənin Suriyanın Afrin regionunda YPG kürd yaraqlılarına qarşı hərbi əməliyyatları Vaşinqton və Ankara arasında ikitərəfli münasibətlərdə gərginliyin daha da artmasına səbəb olub. ABŞ "Zeytun budağı" adlanan əməliyyata qarşı çıxış edərək, bunun İŞİD-ə qarşı mübarizə səylərinə mane olduğunu bildirir.