Azərbaycan Ordusunun təlimi zamanı ərazinin kəşfi aparılıb FOTO VİDEO


Digərləri 13 Mar 2018 20:41:00 245 0

Azərbaycan Ordusunun təlimi zamanı ərazinin kəşfi aparılıb  FOTO  VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, birlik və birləşmə komandirləri, onların qoşun növləri və qismlərinin rəisləri, eləcə də digər vəzifəli şəxlərin məruzələri dinlənilib, ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.

Səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən Müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.


Xəbərə aid fotolar