"Fitch" 20262027ci illər üzrə Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını verib
Digərləri 20 Yan 2026 17:14:00 83 0
"Fitch Ratings" agentliyinin proqnozlarına əsasən, neft hasilatının piki fonunda Azərbaycanda 2026-2027-ci illərdə Azərbaycanda iqtisadi artım 3 faizdən aşağı səviyyədə qalacaq.
Bu xəbəri də oxu: 21 yanvar Nadir GÖRÜNTÜLƏR
Son.az Trend-ə istinadən xəbər verir ki, "Fitch"in EMEA suveren reytinqləri üzrə direktoru Arvind Ramakrişnan vebinar zamanı bildirib ki, 2025-ci il üzrə Azərbaycanın dövlət borcu ÜDM-in 20%-dən bir qədər çoxunu təşkil edib ki, bu da 30%-lik həddən xeyli aşağıdır və hazırda ölkənin maliyyə sabitliyi ilə bağlı narahatlıqlar doğurmur.
Ramakrişnanın sözlərinə görə, son illərdə neft hasilatı "açıq şəkildə pik həddə çatıb", qaz hasilatı isə yaxın perspektivdə maksimum səviyyədə ola bilər. Nəticədə 2025-ci ildə neft sektoru 2,7% zəifləyib, neftə əsaslanan qeyri-xammal iqtisadiyyatı isə 1,6% artıb. Bu isə ümumi iqtisadi artımın 1,4% təşkil etməsinə səbəb olub ki, bu göstərici hökumətin (3%) və "Fitch"in (1,8%) proqnozlarından aşağıdır.
"Fitch" 2026-2027-ci illərdə iqtisadi artımın mülayim sürətlənəcəyini, lakin 3%-dən aşağı qalacağını və artımın əsasən qeyri-xammal sektoru hesabına təmin olunacağını proqnozlaşdırır. Güclü xarici balans ölkəyə maliyyə çevikliyi təmin edir, mövcud siyasət isə etibarlı xarici ehtiyatları və makroiqtisadi disbalansların məhdudlaşdırılmasını dəstəkləyir.
Yerli sakinlər bildiriblər ki, ərazidə üç gündür yağış kəsilmir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda
Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlamen
ABŞ-nin dövlət borcu 2,25 trilyon dollar artaraq 38,5 trilyon dollar həddini
Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi
Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabit
Belə nüfuzlu mükafatı ("Zayed İnsan Qardaşlığı Mükafatı" -
Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyə
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq üç uşaq yağış alt
Məsələ ilə bağlı "Changan Auto" açıqlama verib:
Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texn
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə
2025-ci ildə Azərbaycanda külək elektrik stansiyalarında (KES) 118,5 milyon
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükə
