Prezident Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb FOTO
Siyasət 20 Yan 2026 15:37:00 78 0
Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb FOTO
Son.az verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə "J.P. Morgan" arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğuladı.
Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən Ceymi Daymon ölkəmizdə sabit investisiya mühitinin olduğunu dedi. O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd etdi. Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi.
Görüşdə qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparıldı, qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olundu.
Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan "J.P. Morgan" şirkəti bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir. Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alır.
Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texn
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə
2025-ci ildə Azərbaycanda külək elektrik stansiyalarında (KES) 118,5 milyon
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükə
İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi p
20 Yanvar 1990-cı il hadisələrinə həsr olunmuş yeni sənədli-bədii film
Son.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 08:49-da qızıl 2,29% ba
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı növbəti paylaşım edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda
"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi&qu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda
Qar səbəbilə Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət çətinləşi
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda ölkə əraz
