Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb
Digərləri 20 Yan 2026 15:23:00 162 0
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndərib
Son.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib.
Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27,000 metr kabel və naqil daxildir.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın ümumi dəyəri 1 milyon ABŞ dollarıdır.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
Ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 45 milyon ABŞ dollarını keçib.
2025-ci ildə Azərbaycanda külək elektrik stansiyalarında (KES) 118,5 milyon
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükə
İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi p
20 Yanvar 1990-cı il hadisələrinə həsr olunmuş yeni sənədli-bədii film
Son.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 08:49-da qızıl 2,29% ba
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı növbəti paylaşım edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda
"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi&qu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda
Qar səbəbilə Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət çətinləşi
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda ölkə əraz
Bəstəkar Ruslan Səfəroğlu mərhum Əməkdar artist Aygün Bəylə bağlı m
