Prezident: Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər
Siyasət 20 Yan 2026 16:24:00 68 0
Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq.
Bu xəbəri də oxu: İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb
Son.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda "Euronews" televiziyasına müsahibəsində Azərbaycanın Avropa Parlamenti tərəfindən daim tənqid olunmasına münasibət bildirərkən deyib.
"Biz artıq buna reaksiya vermirik", - deyən dövlətimizin başçısı bildirib ki, ölkəmizə qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.
Prezident İlham Əliyev deyib: " Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.
Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı "təcavüzkar mövqedə" olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.
Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər".
ABŞ-nin dövlət borcu 2,25 trilyon dollar artaraq 38,5 trilyon dollar həddini
Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi
Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabit
Belə nüfuzlu mükafatı ("Zayed İnsan Qardaşlığı Mükafatı" -
Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyə
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq üç uşaq yağış alt
Məsələ ilə bağlı "Changan Auto" açıqlama verib:
Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texn
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə
2025-ci ildə Azərbaycanda külək elektrik stansiyalarında (KES) 118,5 milyon
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükə
İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi p
20 Yanvar 1990-cı il hadisələrinə həsr olunmuş yeni sənədli-bədii film
Son.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 08:49-da qızıl 2,29% ba
