“Bank soyan ispan futbolçu” və ya gerçək “La Case de Papel” hekayəsi FOTO


Digərləri 13 Mar 2018 19:06:00 321 0

“Bank soyan ispan futbolçu” və ya gerçək “La Case de Papel” hekayəsi  FOTO

Son günlərin ən populyar serialları sırasında ilk adı çəkilən İspaniya istehsalı "La casa de papel"dir (Kağız evi). Sözügedən soyğun hekayəsi təxəyyül məhsuludur. İspan futbolçunun bank soyması? Bu isə yaşanmış hadisədir. 1974-cü il. Adı çəkilən futbolçu tək bank soymaqla kifayətlənməmiş, 2 nəfəri də yaralamışdı. İndi sağdır və həbsdə deyil.

Son.az goal.az-a istinadən gerçək "La casa de papel" hekayəsini təqdim edir:

İşin içində bir futbolçu, iki yaralanma, iki soyğun və hər şeyin tərs getdiyi bir həyat var.

Özü ilə gün eynəyi, parik, saxta saqqal götürdü. Əlavə olaraq 2 tapança və 1 tüfəng. Plan belə idi: "Murcia" Bankını soymaq. Tərəddüdsüz və mümkün qədər sürətli olmalı idi...

Banka girdikdən sonra, ilk olaraq, mühafizəçiləri zərərsizləşdirəcək, ardınca da pulları çantaya yığacaqdı. Pul dediyimiz də nə az, nə də çox - 1 milyon dollar idi.

İlk baxışda qüsursuz görünə bilər, elə deyil?

Bankın çöl qapısının yanında onu 26 yaşlı fizika müəlliməsi olan sevgilisi gözləyəcəkdi ki, bu sevgili Mursiyanın ən nüfuzlu ailələrindən birinin qızı idi. Sarışın gözəl işlək vəziyyətdə olan avtomobildə olacaqdı. Məqsəd sürətli qaçmaq idi. Avtomobili polis axtaracaqdı deyə, ondan qısa vaxtda qurtulmaq da planın bir hissəsi idi.

Joze Luis Pons "Real Murcia"nın sağ cinah müdafiəçisi idi. Əslində yaxşı hücumçu idi, sonra bir şəkildə sağ cinah müdafiəçisinə çevrilmişdi. Karyerası haqqında da "pis idi" demək olmazdı. 60-cı illərdə "Ourense"dən "Contacnia de Inca de Mallorca"ya transfer oldu. Daha sonra "Albacete" də müdafiəçi kimi formalaşmışdı. Daha sonra "Cordoba", "Calvo Sotelo" deyərkən, "Real Murcia"ya keçdi. Karyerasının ən pis dövrü də bu klubda oynadığı vaxta təsadüf etdi.

Bir gün oyundan əvvəl masajçının verdiyi həbi atdı. Bədənindəki ağrıları unutmaq niyyətində idi. Bilmədiyi isə, bu həbin performans yüksəltdiyi tərəfi idi. Haqqında danışdığımız "amfetamin" 60-cı illərdə İspaniyada aspirin kimi reseptsiz satılırdı. Pons illər sonra, bu həbdən asılı vəziyyətə gəldiyini etiraf edəcəkdi. Bu asılılıq onu çox insana borclu hala gətirdi. Komandasından ayrıldı, Fransanın "Marceille" klubundan təklif alsa da, ölkəyə gedə bilmədi.

Çökdüyü an...

Andorraya keçib tüfəng, tapança və bir neçə qutu mərmi alır. Silahları gizlədərək sərhəddən keçə bilir. Sonra isə məşhur bank soyma planını hazırlayır. Səbrlə gözləyir. 1974-cü ilin 7 aprelində hərəkətə keçir. Planladığı kimi, sevgilisi Purita çıxışda maşında onu gözləyirdi. Özü isə silahlarla banka girir. Bura Bonnie və Clyde hekayəsini xatırladır...